Artıq heç bir problemlə qarşılaşmadan N-Gage oyunlarını öz OS 9 smartfonunuzda oynaya biləcəksiniz! Xatırladım ki, N-Gage oyunları bütün Symbian S60v3 (os9) smartfonlarda işləyir. Yəni oyunların telefonunuzda işləməməsi haqda narahat olmayın.
Proqramı qurmamışdan əvvəl diqqətə çatdırılacaq 2 məqam var: 1. Telefonunuzun ən son versiya (firmware) olduğundan əmin olun, əgər ən son versiya deyilsə, yeniləyin (telefonunuzun versiyasını yeniləmək üçün olan Nokia Software Updater proqramını buradan yükləyə bilərsiniz) 2.Telefonunuz sındırılmasa daha yaxşı olar (sındırılmış telefonlarda 90% rahat işləyir, əgər sındırılıbsa telefonunuzu hard(ağır) format edin ( *+3+YES düymələrini eyni anda sıxın və telefonu yandırın, ekrana şəhərlərin seçilməsi haqqında menyu gələnə kimi bu düymələri buraxmayın)
Gəldik əsas hissəyə – qurasdırmağa. Bunun üçün aşağıda yazdıqlarımı ardıcıllıqla və dəqiqliklə edin:
1. "Download" sözü altından (*.zip) arxivi yükləyin; 2. Arxivdəki HelloCarbide.sisx faylını telefonun və ya kartın yaddaşına quraşdırın; 3. X-plore (və ya başqa fayl menecer) açın, Sazlamalar bölməsindən "sistem faylları göstər"-i aktiv edin; 4. Arxivdə olan installserver.exe faylını E:/ direktoriyasına atın. Arxivdə 2 installserver.exe faylı var. Bunlardan sizin telefonunuza uyğun olanı aşağıda göstərilmişdir: a)InstallServer_for_Pre-FP1.exe bu modellər üçündür: Nokia 3250 Nokia 5500 Nokia E50 Nokia E60 Nokia E61 Nokia E61i Nokia E62 Nokia E65 Nokia E70 Nokia N71 Nokia N73 Nokia N77 Nokia N80 Nokia N91 8GB Nokia N92 Nokia N93 Nokia N93i
b)InstallServer_for_FP1.exe bu modellər üçündür: Nokia 5700 XpressMusic Nokia 6110 Navigator Nokia 6121 classic Nokia 6120 classic Nokia 6124 classic Nokia 6290 Nokia E51 Nokia E90 Communicator Nokia N76 Nokia N81 Nokia N81 8GB Nokia N82 Nokia N95 8GB Nokia N95 Nokia N95-3 NAM
5. X-Plore proqramını minimize edirik və Hello Carbide proqramını açıb menu1>Yes edirik; 6. Proqram özü-özünü bağlayacaq. Biz isə minimize etdiyimiz X-Plore proqramına girib, əvvəlcədən E:/ direktoriyasına attığımız instalserver.exe faylını C:/sys/bin qovluğuna köçürürük; 7. X-Plore-dən çıxıb smartfonu söndürüb, yandırırıq; 8. Arxivdəki N-Gage 1.01 Build 1281 (2007).sis faylını yaddaş kartına qururuq; 9. Sonra Symbian OS Pipes v1.2.sis faylını yaddaş kartına qururuq; 10. İndi isə arxivdə Ekran olcusu fayllari qovluğuna girib, orada telefonumuza uyğun (*.txt) faylı tapırıq; 11. Həmin faylın adını axırıncı rəqəmli hissə qalana qədər dəyişirik. Məs: 6110_5700XM_6120c_20001079 faylının adını 6110_5700XM_6120c_20001079 kimi dəyişirik; 12. Həmin faylı telefona göndərin; 13. Yenidən X-Plore proqramını açıb minimize edin və Hello Carbide proqramını açıb menu1>Yes edin; 14. Minimize etdiyimiz X-Plore proqramını açıb əvvəlcədən telefona göndərdiyimiz (*.txt) faylı C:/private/10202be9 direktoriyasına yerləşdiririk(əgər "belə bir fayl var" - desə üzərinə yazın); 15. Telefonu söndürüb, yandırırıq; 16. Nokia N-Gage AutoStart v2.04.sis faylını kartın yaddaşına quraşdırırıq; 17. Nokia N-Gage Patch.sis faylını da kartın yaddaşına quraşdırın; 18. və nəhayət (*.n-gage) oyun faylını E:/-də n-gage adlı qovluq yaradıb onun içinə atırıq; 19. N-Gage proqramını açırıq, oyun avtomatik olaraq yüklənəcək; 20. Vəssalam!
Xatırladım ki, hər dəfə yeni oyun qurmaq istədikdə 18-ci maddəni yerinə yetirəcəksiniz!
P.S Bütün bu əməliyyatları etdikdən sonra siz sertifikatlaşdırılmalı faylları sertifikatlaşdırmamış telefonunuza yaza bilərsiniz
|